Azərbaycanlı müğənni xəstəxanaya yerləşdirildi - Səhhəti anidən ağırlaşıb / VİDEO

azerbaycanli-mugenni-xestexanaya-yerlesdirildi-sehheti-aniden-agirlasib-video-1750755359
|
|

Türkiyədə yaşayan azərbaycanlı müğənni Sevinc Ağaşirinovanın Bakıda başına iş gəlib.

Referans xəbər verir ki, səhhətində ciddi problem yaşayan ifaçının qəfildən halı pisləşib. O təcili xəstəxanaya yerləşdirilib.

Həkimlərin ilkin diaqnozuna görə, Sevincin arterial təzyiqi kəskin minimuma enib. Onun səhhətinin yaxşılaşması üçün dərhal tibbi müdaxilə edilib.

Məlumata görə, müğənninin səhhəti düzəlməyə doğru gedir.(Milli.Az)