İran hava məkanını açdı – tək bir təyyarə qeydə alınıb

24.06.2025
-
21:37
|
|
İran öz hava məkanını yenidən açıb.
Referans xəbər verir ki, bu barədə Flightradar24 xidmətinin məlumatlarında əks olunub.
Hazırda İran üzərində cəmi bir təyyarənin – Dubaydan Yekaterinburqa uçan reysin müşahidə edildiyi bildirilir.
Qeyd edək ki, bundan əvvəl bölgədəki gərginlik səbəbindən İran hava məkanını müvəqqəti olaraq bağlamışdı. /Musavat.com