Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı Fəaliyyət Planının məqsədləri açıqlandı 

cezacekme-muessiselerinde-pese-tehsilinin-keyfiyyetinin-yukseldilmesi-ile-bagli-fealiyyet-planinin-meqsedleri-aciqlandinbsp-1750842587
|
|

"Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Fəaliyyət Planı"nın əsas məqsədləri açıqlanıb.

Referans xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planının əsas məqsədləri aşağıdakılardır:

cəzaçəkmə müəssisələrində peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması;

cəzaçəkmə müəssisələrinin peşə təhsili ilə bağlı mövcud infrastrukturunun təkmilləşdirilməsi;

cəzaçəkmə müəssisələrində əmək bazarının tələblərinə uyğun yeni peşə təhsili infrastrukturunun formalaşdırılması;

cəzaçəkmə müəssisələrində peşə təhsilinə cəlb edilmiş və azadlığa buraxılmış şəxsləri işlə təmin etmiş sahibkarlar (işəgötürənlər) üçün dəstək mexanizminin formalaşdırılması;

cəzaçəkmə müəssisələrində peşə təhsili sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi.