Lökbatanda açıq ərazidə yanğın

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Referans xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində açıq ərazidə yanğının başlaması barədə ilkin məlumat daxil olub.
Referans xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumat daxil olandan dərhal sonra nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.