Nazir generalı təqaüdə göndərdi

nazir-generali-teqaude-gonderdi-1750872665
|
|

  Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin sabiq rəisi general-mayor Məhərrəm Həsənov təqaüdə göndərilib.

Referans  “Qaynarinfo” ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, bu ilin may ayında Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi Məhərrəm Həsənov vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü. Generalın FHN-də başqa bir quruma təyin olunma ehtimalı var idi. Amma Məhərrəm Həsənov öz istəyi ilə təqaüdə çıxıb.