Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi

26.06.2025
-
09:42
|
|
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.
Referans xəbər verir ki, paylaşımda deyilir: “Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq! Allah Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və doğma Azərbaycanımızı qorusun!”.