Bərdədə iki qadın qidadan zəhərləndi

26.06.2025
-
15:26
|
|
Bərdədə iki qadın qidadan zəhərlənib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından Referans-a bildirilib ki, ötən gün saat 21:50 radələrində iki qadın hospitalizasiya olunub.
Qeyd olunub ki, pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu təyin edilib.
Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıb.