"Formula-1": Avstriya Qran-prisinin qalibi bəlli oldu

29.06.2025
-
21:05
|
|
"McLaren" komandasının britaniyalı pilotu Lando Norris "Formula-1" üzrə dünya çempionatının 11-ci mərhələsi - Avstriya Qran-prisinin qalibi olub.
Yarış "Red Bull Ring"də keçirilib.
Norrisin komanda yoldaşı, avstraliyalı Oskar Piastri ikinci yeri tutub. "Ferrari"dən Şarl Lekler üçüncü olub.
Qeyd edək ki, iyulun 4-dən 6-dək Böyük Britaniyanın Silverstoun dairəsində yarışın 12-ci mərhələsi keçiriləcək.