Putin və Əliyev müzakirə aparacaq?- Peskovdan AÇIQLAMA

30.06.2025
-
14:37
|
|
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon söhbəti hazırda planlaşdırılmır.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a müsahibəsində deyib.
"Hazırda gündəlikdə Vladimir Putin ilə İlham Əliyev arasında söhbət yoxdur, lakin lazım olarsa, bu, ən qısa müddətdə baş tutacaq", - o qeyd edib.
D.Peskov həmçinin Yekaterinburqdakı hadisələri şərh edərkən Moskvanın Bakı ilə yaxşı münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.