Türkiyə Prezidenti və Pakistan Baş naziri Azərbaycana səfərə gələcək

30.06.2025
-
17:00
|
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif Azərbaycana səfərə gələcək.
Referans-ın APA-ya istinadən xəbərinə görə, onlar iyulun 4-də Azərbaycana bir günlük səfər edəcək.
Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərif Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə qatılacaq.