ŞOK! Dünyada bu şəxslərin BEYNİNƏ ÇİP YERLƏŞDİRİLİB

İlon Maskın neyrotexnologiya şirkəti “Neuralink” tərəfindən bu günə qədər cəmi 7 nəfərə beyin çipi yerləşdirildiyi açıqlanıb.
Referans xəbər verir ki, bu məlumatı ABŞ-də yerləşən Barrow Nevroloji İnstitutu paylaşıb.
Şirkətin N1 adlı beyin implantı ilk dəfə ötən il insan üzərində sınaqdan keçirilib. Çip beyinin siqnallarını kompüterə ötürərək, fiziki məhdudiyyətli şəxslərə düşüncə gücü ilə cihazları idarə etmək imkanı verir. İndiyə qədər implantasiya olunan şəxslərin hamısının vəziyyəti qənaətbəxşdir.
Çiplə yaşamağa başlayan xəstələrin siyahısı:
Noland – “Neuralink” çipi alan ilk xəstədir. Fiziki qüsuruna baxmayaraq, artıq video oyunları oynaya bilir.
Alex – Əvvəllər atelyedə işləyib. İndi çip sayəsində 3D maşın hissələri dizayn edir.
Brad – “Neuralink”in ilk ALS xəstəsidir. Hərəkət və danışma qabiliyyətini itirmişdi, çip vasitəsilə ailəsi ilə ünsiyyət qurmağa başlayıb.
Mike – Keçmiş geodeziya texniki. “Neuralink” sayəsində tam iş günü işləyən ilk xəstədir. Hazırda evdən işləyir və ailəsini təmin edə bilir.
Qeyd edək ki, “Neuralink”in məqsədi gələcəkdə bu texnologiyanı daha geniş yaymaq və hərəkət imkanlarını itirmiş şəxslərin həyat keyfiyyətini yüksəltməkdir.