Rusiya Azərbaycana nota verdi - FOTO 

rusiya-azerbaycana-nota-verdi-fotonbsp-1751372910
|
|

  "Azərbaycan səfirinə rusiyalı jurnalistlərin dərhal azad edilməsini tələb edən şifahi nota təqdim edilib".

Bu barədə TASS Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə istinadən bildirib.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu gün Rusiya Xarici İşlər Nazirliyində olub. Onun "Sputnik Azərbaycan"ın rusiyalı jurnalistlərinin Bakıda saxlanılması ilə əlaqədar çağırıldığı bildirilib. “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) DİN-in keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb.

Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.


Bakupost.az