Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

sixlinskinin-azadliga-cixmasi-ucun-o-xahis-edib-foto-1751432531
|
|

Xəbər verdiyimiz kimi Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.

 

Referans xəbər verir ki, Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, Şahin Şıxlinskinin azadlığa buraxılması məsələsinə tanınmış hüquqşünas, professor İlham Rəhimov şəxsən müdaxilə edib və məsələni nəzarətə götürüb.

 

Rauf Arifoğlu qeyd edib ki, o, bu barədə şəxsən İlham Rəhimovla danışıb və Şıxlinskinin azad edildiyi barədə məlumat alıb. İlham Rəhimov deyib ki, bu barədə o, Rusiya İstintaq Komitəsinin sədri Bastırıkindən xahiş edib: "İndicə Şahinlə danışdım, azadlıqda olduğunu dedi və təşəkkür etdi". (musavat.com)