Azərbaycanlıların saxlanılmasına səbəb... - RƏSMİ

azerbaycanlilarin-saxlanilmasina-sebeb-gosterilen-cinayet-isleri-uzre-bakidan-huquqi-yardim-istenilmeyib-resminbsp-1751439738
|
|

  Azərbaycanlıların saxlanılmasına səbəb göstərilən cinayət işləri üzrə rəsmi Bakıda hansısa hüquqi yardım istənilməyib.

Bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, azərbaycanlıların işgəncəyə məruz qalmasına 2001, 2010 və 2011-ci illərdəki hadisələr səbəb göstərilib:

"Söhbət üç cinayət işindən - ölümə cəhd hadisəsi və digər hadisələrlə bağlıdır. Həmin hadisələrin heç biri üzrə Azərbaycanın hüquq-mühafizə orqanlarına hər hansı hüquqi yardım üçün müraciət olunmayıb".