“Golden Beach” istirahət mərkəzində bədbəxt hadisə - Ölən var 

golden-beach-istirahet-merkezinde-bedbext-hadise-olen-varnbsp-1751524520
|
|

  Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Referans  bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iyulun 1-i saat 21 radələrində Mərdəkan qəsəbəsinin ərazisində yerləşən “Golden Beach” istirahət mərkəzində fəhlə 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vurub.

Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.