Azərbaycanın bir sıra media resursları Rusiyada bloklandı

03.07.2025
-
14:05
|
|
Moskva və Rusiyanın digər şəhərlərində Azərbaycan xəbər agentliklərinin saytlarına giriş ilə bağlı problemlər yaranıb.
Belə problemlər Moskva, Həştərxan, Volqoqrad, Sankt-Peterburq, Voloqda, Çelyabinsk və digər regionlarda mövcuddur.
Xüsusilə, WiFi və mobil internet vasitəsilə “Global Media Group”un – “Report.az”, “Oxu.az”, “Caliber.az” saytlarına giriş yoxdur. Həmçinin digər xəbər portallarının saytlarına girişlə bağlı problemlər var.//Publika.az