Moskva tanınmış azərbaycanlı ilə bağlı qərar verdi – / YENİLƏNİB

Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Vaqif Süleymanov Azərbaycana deportasiya olunacaq.
Bu barədə “SHOT” məlumat əldə edib.
59 yaşlı Süleymanov hazırda Saxarovo xüsusi təcridxanasında saxlanılır və burada 3 ay qalacaq. Onun qeyd olunan müddət başa çatdıqdan sonra Azərbaycana deportasiyası nəzərdə tutulub.
Vaqif Süleymanovun saxlanılması Rusiya hüquq-mühafizə strukturlarının kriminal dairələrə qarşı apardığı tədbirlər çərçivəsində həyata keçirilib./Globalinfo.az
***
Kriminal aləmdə “qanuni oğru” kimi tanınan Vaqif Süleymanovun Rusiyada saxlanıldığı bildirilir.
O, paytaxtın mərkəzi hissəsində keçirilən xüsusi əməliyyat zamanı ələ keçirilib.
İlkin məlumatlara görə, Süleymanov uzun müddətdir hüquq-mühafizə orqanlarının nəzarətində olub və onun adının müxtəlif cinayət qruplaşmalarının fəaliyyətində hallandığı deyilir.
Həbsin konkret hansı cinayət işi üzrə aparıldığı hələlik açıqlanmayıb, lakin araşdırmalar davam edir.
Rusiya KİV-ləri bildirir ki, Vaqif Süleymanov kriminal aləmdə nüfuzlu fiqur hesab olunur və postsovet məkanında “qanuni oğru” statusuna malik azsaylı şəxslərdən biri kimi tanınıb./Globalinfo.az