Bu ölkədə COVID-19-un yeni ştamı yayılır 

bu-olkede-covid-19-un-yeni-stami-yayilirnbsp-1751736668
|
|

Böyük Britaniyada COVID-19-un "Stratus" adlandırılan yeni ştamı sürətlə yayılır.

Referans xəbər verir ki, məlumatlar "İndependent" nəşrinə əsaslanır.

Yeni "Stratus" virusu əsasən boğazda xırıltı ilə özünü göstərir.

Bu ştamın iki variantı XFG və XFG.3 mövcuddur. Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin məlumatına görə, XFG.3 hazırda ən çox yayılmış variantdır.

Mütəxəssislər yeni ştamın yayılması səbəbindən əhalinin profilaktik tədbirlərə diqqət etməsinin vacib olduğunu vurğulayırlar. Həmçinin, vaksinasiya və təkrar peyvəndlərin önəmi yenidən gündəmə gəlir.