Rusiyada “An-2” təyyarəsi sərt eniş etdi - Çox sayda yaralı var

06.07.2025
-
09:48
|
|
“An-2” təyyarəsi mühərrik nasazlığına görə iyulun 6-da Zabaykalsk diyarının Çita vilayətində sərt eniş edib.
Bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Şahidlərin sözlərinə görə, təyyarənin mühərriki uçuş zamanı dayanıb, lakin pilot yenə də onu SNT Topoqraf yaxınlığında endirməyə nail olub.
Xoşbəxtlikdən təyyarə eniş zamanı alovlanmayıb.
"Ümumilikdə on nəfər xəsarət alıb. Onlardan ikisi ağır, səkkizi isə orta ağır yaralanıb", - regional səhiyyə nazirliyi bildirib. “
Qeyd edilib ki, təyyarənin göyərtəsində 11 nəfər olub./publika.az