Rusiya vətəndaşları ilə bağlı yeni qərar: Bundan sonra…

rusiya-vetendaslari-ile-bagli-yeni-qerar-bundan-sonra-1751790091
|
|

  “Rusiya vətəndaşının xəstəlik və ya estetik əməliyyat nəticəsində görünüşü ciddi şəkildə dəyişibsə, pasportu yenilənməlidir”.

Referans xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, istənilən tibbi müdaxilə və ya xəstəlik səbəbilə insanın görkəmi tanınmayacaq dərəcədə dəyişibsə, onun şəxsiyyətini təsdiqləyən sənəd – pasport yenisi ilə əvəz olunmalıdır.

Bundan əlavə, pasportun təhlükəsizlik elementləri zədələnərsə və ya məlumatlar oxunmaz hala gələrsə, sənədin dəyişdirilməsi zəruri sayılır./Globalinfo.az