SABAH çimərliklərdə hava belə olacaq

sabah-cimerliklerde-hava-bele-olacaq-1751826143
|
|

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.



Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 7-də mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. 



Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22° isti, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 22-23° isti olacaq.