“LC Waikiki”nin anbarı yandı - Geyimlər məhv oldu 

lc-waikikinin-anbari-yandi-geyimler-mehv-oldunbsp-1751875251
|
|


“LC Waikiki” mağazalar şəbəkəsinin anbarında yanğın baş verib.

Bu barədə Musavat.com məlumat yayıb.

Bildirilib ki, hadisə mağazalar şəbəkəsinin Binəqədidə yerləşən anbarında iyulun 6-da gecə saat 02:00 radələrində baş verib. Yanğın nəticəsində xeyli miqdarda ziyan dəyib. Şirkətin xeyli sayda geyim əşyaları yanaraq məhv olub.

İlkin məlumata görə hadisə qısapanmadan baş verib.