Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var 

bu-rayonda-emeliyyat-kecirildi-saxlanilanlar-varnbsp-1751889767
|
|

  Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 manat dəyərində mobil telefonunu zor tətbiq edərək ələ keçiriblər.

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 və 16 yaşlı Bakı şəhər sakinləri saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.