Sabah bəzi yerlərdə şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

sabah-bezi-yerlerde-simsek-caxacaq-dolu-dusecek-xeberdarliq-1752074705
|
|

  İyulun 10-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.

Bu barədə Referans-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.