UEFA-dan Babək Quliyevə təyinat

uefa-dan-babek-quliyeve-teyinat-1752088447
|
|

  Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Referans AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Quliyev UEFA Avropa Liqasının I təsnifat mərhələsində iyulun 17-də keçiriləcək “Aktobe” (Qazaxıstan) – “Legiya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi Stadionda baş tutacaq.