Əliyev-Paşinyan görüşünə Kremldən REAKSİYA 

eliyev-pasinyan-gorusune-kremlden-reaksiyanbsp-1752144417
|
|

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması regionda sabitliyin təmin olunmasına kömək edəcək, Rusiya bu prosesi dəstəkləyir”.

Referans xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, Moskva sülh müqaviləsinin tez zamanda imzalanmasını alqışlayır:

“Biz bunu dəfələrlə demişik. Məhz belə bir müqavilə regionda planlaşdırıla bilən vəziyyət yaradacaq, sabitlik və sülhə töhfə verəcək”.

Qeyd edək ki, Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən görüş başa çatıb./Globalinfo.az