MİQ imtahanına yekun vuruldu - İlk nəticələr

miq-imtahanina-yekun-vuruldu-ilk-neticeler-1752160004
|
|

  3, 4, 8-10 iyul tarixlərində təşkil olunan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 65572 namizəd dəvət edilib. Ümumilikdə test imtahanı mərhələsi üzrə 82,7% davamiyyət qeydə alınıb.

Bu barədə Referans-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 10 iyul tarixində təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna 11 iyul saat 12:00-dan etibarən start veriləcək.