Pensiyalar bu tarixdə tam ödəniləcək - RƏSMİ

11.07.2025
-
13:06
|
|
Ölkə üzrə ümumi əsaslarla əmək pensiyalarının ödənişi 22 iyul 2025-ci il tarixində həyata keçiriləcək.
Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.