Tramp açıqladı: yeni Ukrayna və Rusiya planı

tramp-aciqladi-yeni-ukrayna-ve-rusiya-plani-1752253648
|
|

  ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna ilə bağlı yeni addımlar atmaq niyyətində olduğunu açıqlayıb.

O, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Rusiyanın Ukraynada mülki hədəflərə endirdiyi zərbələrlə bağlı sualı cavablandıran Tramp qısa cavabla kifayətlənib:

“Bilirəm. Bəzi şeylərin baş verdiyini görəcəksiniz”.

Tramp təfərrüata varmadan əlavə şərh verməkdən yayınıb. O, Vaşinqtonun yaxın günlərdə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı hansı yeni mövqe sərgiləyəcəyi bildirib./Globalinfo.az