"Beşiktaş"ın yeni transferləri bu gün İstanbula gəlir

besiktasin-yeni-transferleri-bu-gun-istanbula-gelir-1752299776
|
|

"Beşiktaş"ın yeni transferləri Orkun Kökçü və Kayl Uoker-Piters bu gün İstanbula gələcək.



Offsideplus.az xəbər verir ki, "qara qartal" hər iki oyunçunu birdəfəlik transfer edəcək. İngilis futbolçu azad agent kimi İstanbul klubuna qoşulacaq.



Orkun isə Türkiyə rekordu ilə transfer olunacaq. "Beşiktaş" onu heyətinə qatmaq üçün "Benfika"ya 30 milyon avro ödəyəcək.



Bu, Türkiyə futbol tarixində ödənmiş ən böyük məbləğdir.



Uoker-Piterslə 3 illik, Orkunla isə 1+4 illik müqavilə imzalanacaq.



"Beşiktaş" daha öncə Temmi Abraham və David Yuraşeki də heyətinə qatıb.