Sumqayıtda dəhşətli hadisə: Küçədə qayınatasını öldürdü

sumqayitda-dehsetli-hadise-kucede-qayinatasini-oldurdu-1752302575
|
|

Sumqayıtda 55 yaşlı qayınatasını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.



Referans məlumat verir ki, 1970-ci il təvəllüdlü Arif Bağıyevi küçədə bıçaqlanaraq qətlə yetirilib.



Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Nurullah Mərdanov saxlanılıb.



Qeyd edək ki, N.Mərdanov A.Bağıyevin qızının həyat yoldaşıdır. Siyəzən rayon sakini A.Bağıyev kürəkəni ilə qızı arasında yaşanan mübahisəni aydınlaşdırmaq məqsədilə Sumqayıta qonaq gəlibmiş. N.Mərdanov hadisədən əvvəl həyat yoldaşına da xəsarətlər yetirib.



Faktla bağlı araşdırmalar davam etdirilir.