Sumqayıtda zavodda tüstülənmə: qurğular dayandırıldı – VİDEO

12.07.2025
-
17:38
|
|
Sumqayıt şəhərindəki “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunun texnoloji rejimində (qaz sərfölçənində) nasazlıq yarandığı üçün Etilen-Polietilen Zavodu və eyni emal zənciri üzərində olan SOCAR Polimer Zavodunun qurğuları dayandırılıb.
Referans xəbər verir ki, bu barədə Report-a “Azərikimya” İB-dən məlumat verilib.
Bildirilir ki, zavodların məşəllərində yanma və tüstülənmə müşahidə olunur. Zavodların yenidən işə buraxılması istiqamətində hazırlıq işləri görülür.