İsrail və Suriya rəsmiləri bu gün Bakıda görüşəcəklər – YENİLƏNİB

israil-ve-suriya-bakida-danisiqlar-kecirecek-kiv-1752328537
|
|

 Suriyalı və israilli rəsmilərin bu gün Bakıda görüşəcəkləri gözlənilir.


Referans bildirir ki, bu barədə “Al-Arabiya” Dəməşqdə adının açıqlanmasını istəməyən diplomatik mənbəyə istinadla xəbər verib.

“Əhməd əş-Şaraanın Bakıya səfəri çərçivəsində suriyalı və israilli rəsmilər arasında görüş nəzərdə tutulur”, – deyə mənbə bildirib.

Qeyd edilib ki, Prezident Əhməd əş-Şəraa görüşdə şəxsən iştirak etməyəcək.  

***

İsrail və Suriya Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək.

Referans xəbər verir ki, bu barədə AFP məlumat yayıb.