Ərdoğandan Azərbaycan-Ermənistan sülh danışıqlarına reaksiya

erdogandan-azerbaycan-ermenistan-sulh-danisiqlarina-reaksiya-1752411500
|
|

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyanla telefon danışığı aparıb.


Referans xəbər verir ki, bu barədə Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.


Türkiyə lideri telefon danışığı zamanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən Azərbaycan-Ermənistan sülh danışıqlarını Türkiyənin diqqətlə izlədiyini və Cənubi Qafqazda sabitliyin təmin olunmasına yönəlmiş səyləri dəstəkləməyə davam edəcəklərini qeyd edib.  /APA