Rusiyada azərbaycanəsilli polis rəisi tutuldu

13.07.2025
-
17:31
|
|
Rusiyanın Nijni Novqorod aeroportunun Polis İdarəsinin rəisi Namiq Musayev qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinərək saxlanılıb.
Referans oxu.az-a istinadən xəbər verir ki, iddiaya görə, polis polkovnik-leytenantı Musayev miqrantların pul müqabilində Rusiyaya qanunsuz daxil olması üçün sxem yaradıb və 10-dan çox polis əməkdaşını bu sxemə cəlb edib.
Hazırda Musayevə qarşı sərhədi qanunsuz keçmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi açılıb.
Onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.