Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ - Partlayış olacaq 

mudafie-nazirliyinden-xeberdarliq-narahatliga-hec-bir-esas-yoxdurnbsp-1752479256
|
|

  Pirəkəşküldə 14-18 iyul tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

Bu barədə Referans-a Müdafiə Nazirliyindən məlumat verilib.


Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:


"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".