Araz çayında bir nəfər batdı - Axtarış aparılır

14.07.2025
-
17:40
|
|
Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində bir nəfər batıb.
Referans xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata əsasən, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.