Azərbaycan ordusu Ermənistanı izləmək üçün kəşfiyyat qülləsi ucaldıb? - Ermənilər təşvişdə / FOTO

15.07.2025
-
12:50
|
|
“Azərbaycan ordusu Ermənistanın geniş ərazilərində radiokəşfiyyat aparmaq üçün böyük qüllə quraşdırıb”.
Referans xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan “Facebook” səhifəsində yazıb.
"2024-cü ildə Tavuş rayonunun Noyemberyan icmasının sərhəd zonasında Bağanis-Ayrım kəndinin ərazisi birtərəfli qaydada Azərbaycana verilib. Bu ərazilərdən yuxarıda, təpədə Azərbaycan hərbçiləri Ermənistanın radiokəşfiyyatının aydın şəkildə aparılması üçün iri qüllə quraşdırıblar. Fotoları çəkdiyim yerdən Ermənistan-Gürcüstan dövlətlərarası yolu keçir”, - Sarkisyan qeyd edib.//publika.az