Trampdan Rusiyaya 50 günlük MÖHLƏT - “İşlər çox pis olacaq”

16.07.2025
-
00:00
|
|
ABŞ Prezidenti Donald Tramp 50 gün ərzində Ukrayna ilə bağlı nizamlanma əldə olunmasa, Rusiyaya qarşı tariflər və sanksiyalar tətbiq edəcək.
O, bunu jurnalistlərə açıqlamasında təsdiqləyib.
Amerika liderinin sözlərinə görə, əgər 50 gün ərzində Rusiya ilə Ukrayna arasında razılaşma əldə olunmasa, o zaman “işlər çox pis olacaq”.
"Putini izləyin", - Ağ Evin rəhbəri bildirib.
Tramp, 50 günlük müddət bitdikdən sonra nə baş verəcəyi ilə bağlı növbəti suala cavab olaraq, hansı sanksiyaları nəzərdə tutduğunu açıqlamasa da, Rusiyaya qarşı tariflər və sanksiyalar tətbiq etməyə hazır olacağını bildirib./Publika.az