Sabah çimərliklərdə suyun temperaturu 28 dərəcə isti olacaq

16.07.2025
-
15:00
|
|
Azərbaycanda iyulun 17-də çimərliklərdə şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.