Ağır QƏZA: ölənlər və yaralılar var - FOTO

17.07.2025
-
14:00
|
|
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Referans APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin xəsarət aldığı bildirilir.