TƏCİLİ! Büdcədə dəyişiklik - BU ŞƏXSLƏR ÜÇÜN ŞAD XƏBƏR

Milli Məclisin 14 iyul 2025-ci il tarixində keçirilən iclasında müzakirəyə çıxarılan “Büdcə sistemi haqqında” qanuna təklif edilən dəyişikliklərinə əsasən Azərbaycdan büdcə qaydası dəyişib.
Sözügedən büdcə qaydasındakı dəyişikliyinin əhali üçün faydası nədən ibarət olacaq? Bu dəyişiklik hansı zərurətdən yarandı?
Mövzu ilə bağlı millət vəkili Vüqar Bayramov Referans-a açıqlamasında bildirib ki, büdcə sistemi haqqında qanuna edilən dəyişiklər Milli Məclisdə üçüncü oxunuşda qəbul edildi və cənab Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Bütövlükdə qanuna edilən dəyişiklər bir sıra istiqamətdə büdcə sisteminin təkmilləşməsinə xidmət edəcək. Əvvəla bu büdcə gəlirlərinin şaxələndirilməsinə və dividentlərin büdcə gəlirləri kimi qruplaşdırılmasına imkan verəcək. Nəticə etibarilə bu bir tərəfdən büdcə gəlirlərinin artırılması, digər tərəfdən isə gəlirlərin dayanıqlığı baxımından vacibdir. Təbii ki, büdcə gəlirlərinin artması, yeni gəlir mənbələrinin formalaşması nəticədə büdcə xərclərinə təsir göstərən faktorlardandır.
Millət vəkilinin fikrincə bu da təbii olaraq imkan verəcək ki, büdcə sosial istiqamətlər daxil olmaqla fərqli sahələrə daha çox vəsaitin ayrılmasını reallaşdırılsın. Bu baxımdan büdcə gəlirlərinin artması birmənalı şəkildə vətəndaşlarımızın sosial təminatı baxımından vacibdir. Eyni zamanda büdcənin xəzinədə qalığının yerləşdirilməsi imkanları da artacaq. Xərc qalıqlardan yerləşdirilməsi və gəlir əldə edilməsinə imkan yaradır. Bu isə büdcəyə daxil olmalara təsir göstərən faktorlardan da büdcə gəlirlərinin artmasına gətirib çıxaracaq. Eyni zamanda, eləcə də qanunvericiliyə edilən son dəyişikliklər həmdə büdcə qaydasının dəyişdirilməsi və büdcə qaydasının təkmilləşməsi həyata keçiriləcək.
"Bu xüsusən də büdcə gəlirlərində qeyri-neft sektorunun payının artırılması və nəticə etibarilə bu kontekstdən yeni büdcə qaydalarının tətbiqinə səbəb olacaq və bütövlükdə büdcə sistemi haqqında qanuna edilən dəyişikliklər birmənalı şəkildə qanunvericiliyin təkmilləşməsi ilə yanaşı həm də təbii ki bunun təmin edilməsi və vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi baxımından vacib hesab olunur", - deyə millət vəkili qeyd edib.
Şahverdiyeva Elena
Referans