Qonaq gedən müəllimi ildırım VURUB ÖLDÜRDÜ

17.07.2025
-
21:58
|
|
Moskvalı müəllim ildırım vurması nəticəsində dünyasını dəyişib.
Referans xəbər verir ki, faciəli hadisə onun hadisə zamanı qonaq getdiyi qonşu bölgələrdən birində baş verib.
Həmkarları və şagirdləri onun vaxtsız vəfatı ilə bağlı dərin kədər ifadə ediblər.
Qadının 59 yaşı olub və 35 ildən çox ömrünü müəllimliyə həsr edib. Moskva Dövlət Pedaqoji Universitetində (MPDU) və 2115 nömrəli məktəbdə işləyib, direktor müavini vəzifəsində çalışıb.
Məktəb direktoru Oleq Mixaylov onu ən hörmətli müəllimlərdən biri adlandırıb, onun tədris prosesinin təşkilində, kollektivdə mehribanlıq mühitinin yaradılmasında xidmətlərini qeyd edib./publika.az