Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü

17.07.2025
-
23:58
|
|
“Zirə” futbol akademiyasının üzvü Fərid Şahverdiyev vəfat edib.
Referans klubun rəsmi saytına istinadən xəbər verir ki, U-16 komandasının futbolçusu bu gün çimərlikdə boğulub.
“Zirə” mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir!