Əl Şaraa bütün ölkədə atəşkəs elan etdi – Bəyanat

el-saraa-butun-olkede-ateskes-elan-etdi-beyanat-1752917776
|
|

  Suriya Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd Əl Şaraa ölkədə hərtərəfli atəşkəs elan edib. 

Bu barədə “SANA” agentliyi məlumat yayıb.

Suriya hakimiyyəti bütün bölgələrdə hərbi əməliyyatların dərhal dayandırılması, mülki əhalinin müdafəsi və humanitar yardımın maneəsiz çatdırılması üçün çağırış edib:

“Suriya Ərəb Respublikasının rəhbərliyi ölkənin hazırda yaşadığı xüsusi şəraiti, milli və humanitar məsuliyyəti nəzərə alaraq, qan tökülməsinə son qoymaq, Suriya ərazisinin birliyini və əhalisinin təhlükəsizliyini qorumaq məqsədilə dərhal hərtərəfli atəşkəs elan edir”.

 
Qeyd edək ki, bundan öncə ABŞ-ın Türkiyədəki səfiri İsrail və Suriyanın atəşkəslə bağlı razılığa gəldiyini açıqlamışdı./Globalinfo.az