Məşhur aktrisa sürət həddini aşdı, sürücülük vəsiqəsi əlindən alındı

19.07.2025
-
14:50
|
|
“Harri Potter” film seriyasında Hermiona Qreyncer obrazı ilə tanınan britaniyalı aktrisa Emma Uotson sürət həddini aşdığına görə sürücülük vəsiqəsindən məhrum edilib.
Referans xəbər verir ki, hadisə ötən il Oksford şəhərində baş verib.
Qanun pozuntusu qeydə alındıqdan sonra məsələ məhkəməyə çıxarılıb. Məhkəmənin bu həftə verdiyi qərara əsasən, Emma Uotson 1044 funt sterlinq (təxminən 2380 manat) məbləğində cərimə olunub və onun sürücülük vəsiqəsi 6 ay müddətinə dayandırılıb./Publika.az