“Neftçi”dən göndərilən müdafiəçiyə vaxt verdilər - 50 min aşağı düş! 

neftciden-gonderilen-mudafieciye-vaxt-verdiler-50-min-asagi-dusnbsp-1752952662
|
|

  "Araz Naxçıvan" millinin müdafiəçisi Höccət Haqverdiyə vaxt verib.

Hazırda klubsuz olan iranlı maliyyə şərtlərində güzəştə gedərsə, Muxtar Respublika təmsilçisi onu sıralarına qatacaq.

Hazırda tərəflərin şərtləri üst-üstə düşmür.

Müqavilə müddəti bitincə, yəni, ötən ay 2,5 ildə formasını geyindiyi "Neftçi"dən ayrılmalı olan Höccət Premyer Liqanın bürünc medalçısından illik 150 min dollar tələb edir. "Ağ-qırmızılar" isə ona maksimum 100 min dollar ödəməyə razıdır.

"Araz" bu yay hələlik 6 transfer əməliyyatı həyata keçirib.

Bar Cohen ("Makkabi Netaniya"), Çance Simakala Ba-Muaka ("Osnabruk", Almaniya), Bruno Franko ("Lokomotiv", Sofiya), Çarles Boli ("Apollon", Kipr), Patrik Andrade (son klubu "Qarabağ") və Hamidu Keyta ("Konyaspor", Türkiyə) komandaya yeni qoşulanlardır. (sportinfo.az)