ŞOK GƏLİŞMƏ! "Qarabağ"la anlaşdı, son anda "aradan çıxdı" - TRANSFER BAZARI

20.07.2025
-
16:39
|
|
Braziliyalı sağ cinah hücumçusu uzun müddət Ağdam klubu ilə danışıqlar aparsa və maliyyə şərtlərini razılaşdırsa da, sonda fərqli qərar verib.
2002-ci il təvəllüdlü «sambaçı» Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) üz tutub. Cənubi amerikalı legioner «Əl-Vəsl»lə müqavilə imzalayıb.
O, BƏƏ təmsilçisi ilə 2+1 illik anlaşma əldə edib.
23 yaşlı cinah oyunçusu «Aqua Santa»nın yetirməsidir. Bu klub tərəfindən «Portimonense» və «Qolas»a icarəyə verilib.
2023-cü ilin yayında «Vborq»a keçən Roberto ötən ay Danimarkadan ayrılıb.