Polşa prezidenti Anjey Duda jurnalistlərin gözü qarşısında sörfinqdən dənizə yıxılıb.
Referans xəbər verir ki, bu barədə Varşavanın "Fakt" qəzeti məlumat yayıb.
Dövlət başçısı bu yaxınlarda sörfinq taxtasında elektrik mühərrikinin quraşdırıldığı su idman növü olan reaktiv sörfinqlə maraqlanıb. Hansı ki, burada ən yüksək sürət 50-60 km/saatdır.
Duda Hel yarımadasındakı Yurata çimərliyinin hasara alınmış və heç kimin buraxılmadığı ərazisində həmişəki kimi reaktiv sörfinq edirmiş. Onu ərazinin mühafizəçiləri müşahidə edib.
Nəşrin fotoqrafları prezidentin sörfinq taxtasında qala bilmədiyini və onun üstündən dənizə necə yıxıldığını lentə alıb. Mühafizəçilər onu dərhal tutub saxlayıb. Duda qoruyucu dəbilqə və jiletdə olduğu üçün xəsarət almayıb.
///publika.az