Zelenski İstanbul danışıqlarının əsas mövzusunu açıqladı

zelenski-istanbul-danisiqlarinin-esas-movzusunu-aciqladi-1753114524
|
|

  Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda Rusiya ilə danışıqların yeni mərhələsinin planlaşdırıldığını bildirib. 

Referans xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

Dövlət başçısının sözlərinə görə, qarşıdakı danışıqlarda əsas mövzu əsirlərin geri qaytarılması olacaq. O qeyd edib ki, münaqişənin həlli istiqamətində real nəticə yalnız liderlər səviyyəsində birbaşa görüş zamanı əldə edilə bilər.

Zelenski Ukrayna səfirlərinə müraciət edərək digər ölkələri bu xüsusi danışıqlar formatının əhəmiyyəti barədə məlumatlandırmağa və Kiyevə dəstək verməyə çağırıb.

Prezident həmçinin Ukraynaya hərbi təchizatla bağlı görülən işlərə toxunub. O bildirib ki, Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovdan növbəti 10 gün ərzində sazişlərin auditi və icrası üzrə konkret hesabat gözləyir.//Globalinfo.az